Bildiyiniz kimi, "Real"ın qolkiperi İker Kasilyas karyerasını "Porto"da davam etdirəcək.
Metbuat.az-ın məlumatına görə, son olaraq ispan qolkiperin anası Mari Karmen bu keçidi dəyərləndirib:
"Porto"ya keçmək? İkerin "Roma"ya keçəcəyi barədə xəbərlər yayılanda ona zəng etdim və dedim: "Sən nə edirsən? "Real"dan ayrıla bilməzsən".
İndi isə "Porto"... İker səviyyəsində biri üçün bu, 3-cü divizion komandasıdı. Dünya çempionunun karyerasını "Porto"da bitirməsi pis haldı.
O, karyerasını dünyanın istənilən klubunda bitirə bilərdi. Yeri gəlmişkən, o, "Barselona"ya keçsəydi, buna qarşı çıxmazdım. Çünki katalon klubunu centlmenlər idarə edir".