Düşmən ordudan acı etiraf

Düşmən ordudan acı etiraf
14:56 23 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni tərəfinin itkilərinin gizlətməsinə dair daha bir fakt məlum olub.

ANS PRESS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Berd rayonunun hospitalının həkimlərinin erməni sıravi əsgər Avanesyan Ovannes Varujanoviçin həyatını xilas etməyə çalışdıqlarını deyib.

Ancaq Ermənistan Müdafiə Nazirliyin səhər yaydığı məlumatda Berd rayonunda leytenant Karen Araratoviç Qalstyan və sıravi əsgər Artak Vaqarşakoviç Sarkisyanın öldürüldüyü bildirilirdi. Tavuş vilayətinin Berd rayonunda yaralanan hərbçilər haqda isə məlumat verilmirdi.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bir neçə gün əvvəl də erməni tərəfinin itkilərini gizlətməsi haqda məlumat yaymışdı. Məlumatda Ermənistan ordusu yeni il başlayandan xeyli itki verdiyi bildirilib. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu erməni kəşfiyyat-təxribat qrupunun hücumlarının qarşısını alır, düşmən itki verərək geri çəkilir:

Bildirək ki, erməni tərəfindən 12 hərbi qulluqçu məhv edilib, 20-ə yaxın hərbi qulluqçu isə ağır yaralanıb.

Düşmən ordu itkini gizlədir


Ermənilər itki ilə geri çəkildi

Düşmən orduda ağır itki

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR