Türkiyə millisinin üzvü Mövlud Erdincin yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, 28 yaşlı forvard karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Belə ki, Mövlud "Hannover 96"yə transfer olunub. Alman klubu türk futbolçu ilə 3 illik müqavilə imzalayıb. Almaniya mətbuatı "Hannover 96"nın bu transferə görə "Sent-Etyen"ə 3,3 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, 2013-cü ildən "Sent-Etyen"də çıхış edən Mövlud bu müddətdə 65 oyun keçirib və 21 qol vurub. Türk fxutbolçu Avropa Liqasının qrup mərhələsinə "Qarabağ"a qarşı oynayıb. Belə ki, ötən mövsüm - sentyabrın 28-də Bakıda baş tutan və 0:0 hesabı ilə başa çatan oyunda 75 dəqiqə meydanda olub. Cavab matçında isə zədə səbəbindən "18-lik"dən kənarda qalıb.
Türkiyə millisində keçirdiyi 37 oyunda 8 qol vuran Erdinc əvvəllər Fransanın "Soşo", PSJ və "Renn" klublarında çıхış edib.

Fanat.az