ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub
13:46 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 2014-cü ildə “Elektron hökumət” potalı tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə statistikasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birinci yeri (portal istifadəçilərinin 42 faizi Nazirliyin təklif etdiyi e-xidmətlərdən istifadə ediblər) tutmaqdadır.
 
Ümumilikdə ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub.
 
Nazirlikdən bildirilib ki, ötən il ƏƏSMN-də informasiya texnologiyalarının tətbiqi işlərinin xeyli genişləndirilməsi, yeni elektron xidmətlərin yaradılması ilə müşayiət edilib.
 
Bu dövrdə Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi, Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq tətbiq olunub. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Onlayn müraciət”  e-xidmətləri hazırlanaraq istifadəyə verilib.
 
Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi”nin informasiya sistemi qurulub, digər qurumların informasiya ehtiyatları ilə inteqrasiyanın və korporativ şəbəkənin təhlükəsizliyinin təmin edilməsi, nazirliyin inzibati binasında lokal şəbəkənin tənzimlənməsi və s. işlər aparılıb.
 
 
Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR