Bakı, 27 iyul, AZƏRTAC
Hazırda tibb praktikasında uzundalğalı elektrik cərəyanından istifadə olunur. Elektrik qıclığı törədən terapiya 1937-ci ildən psixi xəstəliklərin müalicəsində istifadə olunur. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Sidney mütəxəssisləri qısa elektrik impulslarının köməyi ilə elektrik qıclığı törədən terapiyanı sınaqdan keçiriblər.
Alimlər 600 pasiyentin iştirak etdiyi eksperiment nəticəsində sübuta yetiriblər ki, terapiyanın yeni növü xatirələri qoruyub saxlamaqla bərabər, depressiyanın ağır formalarının öhdəsindən gəlməyə kömək edir. İmpulslar kəlləyə bərkidilən elektrodlar vasitəsilə prefrontal qabığa təsir edir. Prosedur zamanı pasiyent ümumi narkoz altında olur.
Qısa impulslar çox səmərəlidir və pasiyent üçün təhlükəsızdir. Buna baxmayaraq, elektrik qıclığı törədən terapiya müalicənin başqa vasitələrin kömək etmədiyi son mərhələsidir.