Sənət adamları çox vaxt onlara verilən suallardan gileylənirlər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Star life" verilişi sorğu apararaq onların ürəklərindəki sualları öyrənib.

İfaçıların "Jurnalist olsaydınız, müğənniyə hansı sualı verərdiniz" sualına cavabı:

Əməkdar artist Abbas Bağırov - Niyə öz işinizlə məşğul olmursunuz?

Müğənni Elçin Cəfərov - Niyə bu insanların zövqünü korlayırsınız? Bəzi müğənnilər fərqinə varmırlar ki, oxuduğu pis, yoxsa yaxşıdır.

Müğənni Günay İbrahimli - Geyimini bəyənsəm, onu soruşaram. İfasını xoşlasam, mahnılarından sual verərdim.

Müğənni Yaşar Cəlilov - Sonuncu dəfə nə vaxt səmimi olmusunuz? Düzdür, ona da səmimi cavab verməyəcəklər. Şəxsi həyatla bağlı heç vaxt soruşmazdım.

Müğənni Əlikram Bayramov - Müğənni olmasaydınız, nə işləyərdiniz? Məsələn, mən "KamAZ" sürücüsü olardım.

Müğənni Rəvan Qarayev - İkinci sənəti, hobbisi haqda sual verərdim.

Müğənni Xatun Əliyeva - Yaradıcılığı, şəxsi həyatı ilə bağlı suallar verərdim. Ən sonda isə soruşardım ki, "Həyatda sevgi nə deməkdir?"

Müğənni Rüfət Axundov - Nə soruşmazdım ki... Bircə "Həyata ikinci dəfə gəlsəydiniz müğənni olardınız" sualını verməzdim.

Müğənni Ramal İsrafilov - İşləri, yeniliyi ilə bağlı soruşardım. Müğənni geyimi, hərəkəti ilə gündəmdə ola bilər. Amma onun yaradıcılığını ortaya çıxarmaq lazımdır.

Müğənni Nadir Qafarzadə - Niyə özünüz deyilsiniz? Nə vaxtsa maskanızı dəyişəcəksiniz? Bir az dəyişin, yeniləyin. Niyə tamaşaçını aldadırsınız?

Müğənni Ayan Babakişiyeva - Kreativ suallar təqdim edərdim. Sırf şəxsi həyatın içinə daxil olmazdım. Amma elə suallar verərdim ki, mat qalardılar. Həmişə istəmişəm ki, tok-şou aparıcısı olum.

Müğənni Mirkamil Kamilov - Oxuyanda nə düşünürsüz? Mən oxuyanda şairin yazdığı sözlərin mənasını fikirləşirəm.

Müğənni Yaşar Yusub - Niyə bu sənətə gəlmisiniz? Biri məşhurluq, biri istedadı olduğu, biri də başqa məqsədə.

Müğənni Çingiz Mustafayev - Niyə beləsiniz?

Milli.Az