Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Pərvanə Daşdiyeva 2 qız və bir oğlan dünyaya gətirib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Hamiləlik zamanı vaxtından əvvəl doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb.
ATU-nun I mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə, körpələrin həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatr Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normaldır. Oğlan 2300 qram, qızlar isə 1750 və 2100 qram çəki ilə doğulublar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib
ATU-nun Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib