Tovuz, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Tovuz şəhər stadionunda bələdiyyə komandalarının mini-futbol yarışı üzrə rayon birinciliyinə start verilib.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun 18 bələdiyyəsinin komandalarının qatıldığı mini-futbol turniri avqustun 12-də yekunlaşacaq.
Yarışın qalibləri diplom, medal və kuboklarla mükafatlandırılacaqlar.