Roman Qriqorçuk: Azarkeşlərə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq

Roman Qriqorçuk: Azarkeşlərə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq
12:13 7 Avqust 2015
42 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
“Apollon”a qalib gəlib, pley-off mərhələsinə yüksəldiyimiz, azarkeşlərimizə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu oyunda azarkeş dəstəyi çox yüksək səviyyədə idi. “Apollon” ilə oyun heç də asan olmadı. Rəqib sürətli komanda idi.
AZƏRTAC xəbər verir ki, bu fikri futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” komandasına qalib gələrək pley-off mərhələsinə yüksələn “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis qeyd edib: “Komandamız ideal olmasa da, yaxşı çıxış etdi. Lazım olan nəticəni əldə etdik. Lakin oyun planında texniki xətalara yol verdik. Futbolçular bəzən emosiyalara qapılırdı. Pley-offda da çox çətin olacaq. Bu mərhələdə asan qarşılaşma olmur. Əlbəttə ki, əsas heyət oyunçuları Cavid Hüseynovun və Ürfan Abbasovun cəzalı duruma düşməsi də bu çətinliyi artırır. Lakin ehtiyatda olanlar da yaxşı futbolçulardır. Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki burada yalnız yoldaşlıq, dostluq, mehribanlıq görürəm”.
Avqustun 6-da Bakıda “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ” komandası “Apollon”u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Roman_Qriqorchuk_Azarkeslere_qelebe_sevinci_bexs_etdiyimiz_uchun_chox_sadiq-876005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR