Azərbaycanın xalq artisti Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görülüb

Azərbaycanın xalq artisti Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görülüb
16:03 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Fidan Qasımovanın sənəti bu dəfə Böyük Britaniyada yüksək qiymətləndirilib. İngiltərənin paytaxtı Londonda 100 il tarixi olan "Beynəlxalq Lüğət" adlı kitaba xalq artistinin də adı yazılacaq. Altı mindən çox insanın bioqrafiyasının yer aldığı tarixi nəşrdə budan sonra azərbaycanlı sənətçinin də bioqrafiyasına rast gəlmək mümkün olacaq.
Bənzərsiz opera müğənnisi Fidan Qasımovanın adının yer alacağı kitab 38-ci nəşrdir. Onun adının bu sıraya salınmasının təşəbbüskarı isə İnternational Biografial Certificate-nin (Böyük Beynəlxalq Bioqrafiya Mərkəzi) direktoru Nicolas Lou olub.
Bu təkcə ifaçı üçün yox, eləcə də bütün Azərbaycan üçün böyük uğurdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_xalq_artisti_Fidan_Qasimova_Boyuk_Britaniyada_sertifikata_layiq_gorulub-876073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR