“İmkan yaradılsa, Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin də bərpasını təmin edə bilər. Bu abidələrin qorunmasında əsas məqsədlərdən biri tarixi yaddaşın bərpası, digəri isə onların turizm əhəmiyyətinin artırılmasıdır”.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
Deputat bildirib ki, 2026-cı ilin Memarlıq və Şəhərsalma İli elan olunması ilə tarixi-dini abidələrin qorunması məsələsi daha da aktuallaşıb.
“Azərbaycan dövləti üçün tarixi-dini abidənin hansı dinə mənsub olmasının əhəmiyyəti yoxdur. Biz kilsəni də, sinaqoqu da, məscidi də eyni yanaşma ilə bərpa edirik. Biz digər ölkələrdə də tarixi-dini abidələrin bərpasına töhfə veririk”, - deyə Fazil Mustafa qeyd edib.