Ötən il əhali sektoru üzrə 85 minə yaxın qaz abunəçisi qeydiyyata alınıb

16:32 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 16:29 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 84 757 yeni abonent qeydiyyata alınıb.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun 44 656-ı Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 40 101-i isə regionların payına düşüb. Təkcə dekabr ayı ərzində 7 448-i Bakı, Sumqayıt və Abşeronda, 3 972-i isə regionlarda olmaqla 11 420 yeni abonent qeydiyyata alınıb.

 

Ötən il ərzində əhali sektoru üzrə 2 473 576 546 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında vəsaitin toplanması 101,08% təşkil edib. Ötən ilin dekabr ayı ərzində 404 077 097 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 89,2% vəsait toplanıb. Bu onunla əlaqədardır ki, 2014-cü ilin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib.

 

Təcrübə göstərir ki, bu mövsümdə yaranan debitor borclar növbəti ilin yaz-yay mövsümündə abonentlər tərəfindən ödənilir. Güzəştsiz əhali üzrə 2014-cü ilin 1 yanvar tarixinə olan debitor borclar 12 ay ərzində 1,6% azalıb. Eyni zamanda 2014-cü il ərzində qeyri-əhali sektoru üzrə 2 018 529 148 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,71% vəsait toplanıb.

 

Qeyd edək ki, bu ilin yanvarın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 120 650 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR