Cəlilabadda fərdi yaşayış evində baş verən partlayışda iki nəfər ağır yanıq xəsarətləri alıb

Cəlilabadda fərdi yaşayış evində baş verən partlayışda iki nəfər ağır yanıq xəsarətləri alıb
18:48 26 Yanvar 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 26 yanvar, AzərTAc
Yanvarın 26-da səhər saatlarında Cəlilabad şəhərinin Fərid Əhmədov küçəsində 50 yaşlı Mədinə Əliyevanın yaşadığı fərdi yaşayış evində partlayış baş verib.
Partlayış zamanı evdə yanğın baş verməsə də, Mədinə Əliyeva və onun həyat yoldaşı, 48 yaşlı Ərəstun Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan AzərTAc-a bildiriblər ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onların vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndəriliblər.
Partlayışın yerin altından keçən qaz xəttindən qaz sızmasından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar aparılır

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadda_ferdi_yasayis_evinde_bas_veren_partlayisda_iki_nefer_agir_yaniq_xesaretleri_alib-827607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR