Bakıda transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı müzakirə olunur

Bakıda transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı müzakirə olunur
12:07 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:00 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda 26-27 yanvar 2015-ci il tarixində Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin Daimi İşçi Qrupunun I iclası keçirilir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, iclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Respublikalarının dəmir yollarının və digər müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.

 

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov dəmir yolunda aparılan islahatlar, qarşıdakı perspektiv vəzifələr haqqında geniş məlumat verib.

 

Sonra "2014-cü ildə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi və 2015-ci il üçün bu sahə üzrə proqnoz haqqında", "Çin-Türkiyə marşrutu ilə hərəkət edəcək konteyner qatarlarının təşkili və bu layihə çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutu iştirakçılarının Birgə müəssisə yaradılması haqqında”, "Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yüklərin nəqli üzrə rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi haqqında", "Maraq coğrafiyasını və iştirakçıların sayını artırmaqla, həmçinin onun tərkibinə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrinin nəqliyyat şirkətlərini cəlb etməklə Qazaxıstan tərəfinin  Komitənin Avrasiya Nəqliyyat Assosiasiyası ilə əvəzlənməsi haqqında təklifi" və digər məsələlərin müzakirəsi başlanıb.

 

Tədbirin ikinci iş günü iclas komissiyalarda davam etdirilir.

 

İclasın sonunda müvafiq sənədlər imzalanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR