Azərbaycanda holland pendirinin istehsalına başlanılır

Azərbaycanda holland pendirinin istehsalına başlanılır
15:32 27 Yanvar 2015
292 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə olaraq İmişli rayonunda holland pendirinin istehsalı üçün zavod tikiləcək
Bu barədə qafqazinfo-ya məlumat verən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev deyib ki, Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşma memorandumu imzalanıb: "Bununla bağlı Belçikanın iş adamları İmişlidə müəyyən işlər həyata keçirmək istəyirlər. Əvvəlcə rayonda holland pendirinin istehsalı üçün tədbirlər planı hazırlanıb. Bununla bağlı bir sıra görüşlər də keçirilib. Fevral ayının birinci on günlüyündə nümayəndə heyəti yenidən Azərbaycana səfər edəcək. Biz də biznes planı kənd təsərrüfatı naziri Heydər Əsədova təqdim edəcəyik və müzakirələrdən sonra artıq rayonda böyük bir holland pendiri zavodunun tikintisinə başlanılacaq.

Zavodun tikintisinə 20 milyon avro investisiya yatırılacaq. Zavod üçün 500 hektar ərazi ayrılacaq. Həmin zavodda 200-yə yaxın insan işlə təmin ediləcək. Layihəyə start veriləndə 1000 baş holland inəyi İmişliyə gətiriləcək. Həmin inəklərdən alınan süddən həm holland pendiri, həm də digər süd məhsulları Azərbaycan brendi adı altında istehsal edilərək ilkin olaraq daxili bazarda, sonra isə Rusiya və digər ölkələrdə satışa çıxarılacaq”.

Zavodun tikilməsinin daxili bazarda pendirin qiymətinə də təsir edəcəyini vurğulayan icra başçısı qeyd edib ki, yerli bazarda bu pendir istehsal edildikdən sonra əhaliyə ucuz qiymətə satılacaq: "İnvestisorlar, həmçinin pendirin Rusiya, Belarus, Qazaxıstanda da satışını təşkil etmək istəyirlər. Bunun nəticəsində də ölkəyə vəsait daxil olacaq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR