x
Loading...

Şura 2015-ci ildə ilk iclasını keçirib

Şura 2015-ci ildə ilk iclasını keçirib
18:34 27 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq rəhbərlik etdiyi qurumun xarici QHT-lər üçün elan etdiyi açıq qrant müsabiqəsi çərçivəsində dəstəklənməsi təklif edilən layihələr, hazırda maliyyələşdirilən xarici QHT-lərin layihələrinin icra vəziyyəti, “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsi və cari məsələlər haqqında fikirlərini bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəlikdə dayanan məsələlər haqqında iclas iştirakçılarına ətraflı məlumat verib. Katibliyin icraçı direktoru QHT-lərin vəziyyəti haqqında “Milli Hesabat”ın hazırlanmasından keçən 5 il ərzində Azərbaycan vətəndaş cəmiyyətinin müxtəlif istiqamətlər üzrə xeyli inkişaf etdiyini və bununla bağlı yeni  sənədin hazırlanmasına zərurət yarandığını deyib. Şuranın baş məsləhətçisi Mustafa Qurbanlı xarici layihələrin icra vəziyyəti ilə bağlı iclasda çıxış edib.

Şura üzvləri İlqar Məmmədov, Vüqar Məcidli, Sahib Məmmədov, Tahir Süleymanov, Şahin İsmayılov çıxış edərək gündəlikdə dayanan məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər səsverməyə qoyularaq qəbul edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR