Gəncə, 28 avqust, AZƏRTAC
Gəncədə ilk dəfə olaraq sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi və “Ziya Körpüsü” Uşaq Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə yaradılacaq mərkəzdə könüllü kurslarda iştirak edən 62 sosial işçi çalışacaq. Onlar ahıllara, kimsəsizlərə, öz uşaqlarına kifayət qədər vaxt ayıra bilməyən valideynlərin övladlarına sosial xidmətlər göstərəcək.
İşçilər əsasən gənclərdən ibarət olacaq. İki qrupa bölünən sosial işçilər gündəlik məişət işlərində, ictimai həyatda xidmətlər təklif edəcəklər.