Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaq üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Quba-Xaçmaz regional bölməsi (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (050) 235-01-50, (02332) 6-83-16, faks: (02332) 6-83-16, elektron poçt ünvanı: matlab.cafarov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
​Bununla yanaşı, nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazılmaq olar.