x
Loading...

Müsavat, “REAL” və “NİDA” parlament seçkiləri ilə bağlı razılığa gəlib

15:12 4 Sentyabr 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+
.

[ 04 Sentyabr 2015 16:09 ]


Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib.

 

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, həmin təşkilatlar bu barədə birgə bəyanatla çıxış edib.

 

Bəyanatda bildirilir ki, parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdırılması haqqında razılığa gəlinib.

 

Tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması, seçki günü birgə müşahidənin təşkili, qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi, və seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması istiqamətində də birgə fəaliyyət göstərəcəklər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR