Yaxındangörmə geni tapılıb

Yaxındangörmə geni tapılıb
16:18 4 Sentyabr 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Görmə itiliyinə təsir göstərən amillərdən biri APLP2 genidir. Bu genin müəyyən variantı olan insan uşaq yaşlarında hər gün azı bir saat kitab oxuyubsa və ya xırda detallarla işləyibsə, yeniyetməlik yaşında onda yaxındangörmənin inkişaf riski 5 dəfə artır. AZƏRTAC “Zee News”ə istinadla xəbər verir ki, Kolumbiya Universiteti nəzdindəki tibb mərkəzinin alimləri 14 min adamın məlumatlarını təhlil edərək bu qənaətə gəliblər. Alimlərin məqaləsi “PLoS Genetics” jurnalında dərc olunub.
Onlar müəyyən ediblər ki, APLP2 geninin mutasiyası uşaqlarda yaxındangörməni inkişaf etdirir. Bir şərtlə ki, onlar çoxlu qiraət edir, yaxud kompyuter monitoru qarşısında çox vaxt keçirirlər. Amma yeniyetmə tez-tez uzağa baxırsa, bu genin mutasiya etmiş elə həmin növü miopiya əmələ gətirmir.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu genin fəallığı zəiflədilsə, yaxındangörmənin inkişaf riskinin qarşısı alınar. Amma problem bundadır ki, APLP2 Yer kürəsi əhalisinin təqribən 1 faizində var, qalan hallarda yaxındangörməyə görə başqa genlər məsuliyyət daşıyır.
Hazırda alimlərə onların yalnız 25-i məlumdur. Əslində isə onların sayı bir neçə yüz ola bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaxindangorme_geni_tapilib-882059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR