Berlində “IFA-2015” sərgisi başlayıb

Berlində “IFA-2015” sərgisi başlayıb
18:03 4 Sentyabr 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Berlində “IFA-2015” 55-ci dünya istehlak və elektronika texnikası sərgisi başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sahə üzrə Avropada keçirilən sərgilər arasında ən iri tədbirlərdən biri hesab olunan “IFA” dünyanın aparıcı istehsalçılarının diqqətini cəlb edir. Sentyabrın 9-dək davam edəcək sərgi çərçivəsində elektronika texnikası sahəsinin “Samsung”, “LG”, “Toshiba” və “Sony” kimi nəhəng istehsalçıların bir sıra texnoloji yenilikləri nümayiş olunur. Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətin intellektual elektronika sahəsinin texnoloji​ məhsulları təqdim edilir. Müxtəlif ixtisaslaşmış sahələr üzrə konfrans, seminar və mühazirələrlə zəngin olacaq “IFA-2015”də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərinin çıxışı nəzərdə tutulur.​

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berlinde_IFA_2015_sergisi_baslayib-882114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR