Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib

Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
17:13 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın anadan olmasının 80-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək sənətkarın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, teatrın bədii rəhbəri Azərpaşa Nemətov çıxış edərək Səyavuş Aslanın yaradıcılığı haqqında danışıb, görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Kollektiv daha sonra Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri, milli rejissor sənətinin sütunları Adil İsgəndərov və Tofiq Kazımovun da məzarını ziyarət ediblər. Kollektivin üzvləri bu iki rejissorun Azərbaycan teatrı qarşısındakı misilsiz xidmətlərindən danışıb və qeyd ediblər ki, bu sənətkarlar daim ehtiramla yad ediləcək və teatrsevərlərin ürəyində yaşayacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Milli_Dram_Teatrinin_kollektivi_Seyavus_Aslanin_mezarini_ziyaret_edib-882345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR