Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu məhv edilib

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu məhv edilib
23:03 5 Sentyabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, AZƏRTAC 
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin düşməni əvvəlcədən aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_silahli_quvvelerinin_kesfiyyat_texribat_qrupu_mehv_edilib-882404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR