"Pan de Calatrava" - FOTO

"Pan de Calatrava" - FOTO
07:05 6 Sentyabr 2015
58 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az ispan mətbəxindən "Pan de Calatrava" desertinin hazırlanma qaydasını təqdim edir
 

Tərkibi (6 pay): 

1 l süd
7 yumurta
150 q şəkər tozu
bayat çörək (yaxud keks, ya da savoyardi peçenyesi)
darçın (budaq)
limon sedrası

karamel:
4 x.q. şəkər tozu
3 x.q. su

Öncə karameli hazırlayın. Qalın dibli qazanda su ilə qarışdırılmış şəkər tozunu əridin. Karamel gözəl qızılı rəng alan kimi hazır sayılır. Ehtiyatlı olun, əlinizi yandırmayın. 

Limonu yuyub sedrasını çıxarın (ağ hissəsi düşməsin). 

Südü darçın çubuğu və limon sedrası ilə qaynadın. Soyudun.  

Yumurta ilə şəkər tozunu möhkəm çalın, bişirdiyiniz süddən az-az əlavə edin. Bu zaman çalmağı dayandırmayın, həmçinin südü süzsəniz, daha yaxşı olar. 

Odadavamlı formaya karameli tökün, formanı əlinizlə hərəkət etdirərək karamelin bütün dibinə və divarlarına yayılmasına çalışın. 

Formanın dibinə çörək dilimləri (keks, yaxud savoyardi peçenyesi) döşəyin, üzərinə yumurtalı-südlü qarışığı tökün.  Çörək (keks, peçenye) üzə qalxacaq, narahatlığa əsas yoxdur, belə də olmalıdır. 

180 dərəcədə, su hamamında 25-30 dəqiqə bişirin (qabdakı su formanın yarısınadək çatmalıdır).
Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 

Formada soyudun. Sonra boşqaba tərs çevirin, formanı çıxarmadan soyuducuda 1 neçə saat saxlayın.  

Süfrəyə qaymaqla verə bilərsiniz. 

Nuş olsun! 

Milli.Az 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/366022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR