Qafqaz Müsəlmanları İdarəsinin sədri Qax rayonunda olub

15:58 7 Sentyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qax rayonunda olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislamı idarənin Elmi-Dini Şurasınin sədri akademik Vasim Məmmədəliyev, Şura üzvləri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və başqaları müşayiət ediblər.
Əvvəlcə A.Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçiriblər.
Görüşdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda gedən quruculuq işləri barədə məlumat verib.
Allahşükür Paşazadənın Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqalları ilə görüşündə ölkəmizdə dini-mənəvi dəyərlərin, mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, maarifləndirmə tədbirləri haqqında söhbət açılıb.
Daha sonra şeyxülislam Qax rayon Cümə məscidində dindarlarla görüşüb.
A.Paşazadə rayonun xristian dini icması ilə də görüşüb, Qaxingiloy kəndində yerləşən Müqəddəs Georgi kilsəsi ilə tanış olub. Bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən şeyxülislam icmaya maddi yardım göstərib.
QMİ sədri ölkəmizdə dövlətin dini icmalara diqqət və qayğısından, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və Qaxda müxtəlif dini icmalar arasında hökm sürən dostluq, qardaşlıq əlaqələrini rəğbətlə vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qafqaz_Muselmanlari_Idaresinin_sedri_Qax_rayonunda_olub-882671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR