Koreya Respublikasının Azərbaycanda hərbi attaşeliyi təsis edilib

Koreya Respublikasının Azərbaycanda hərbi attaşeliyi təsis edilib
20:08 7 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə sentyabrın 7-də iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regional təhlükəsizlik, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koreya_Respublikasinin_Azerbaycanda_herbi_attaseliyi_tesis_edilib-882811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR