“Türkiyə axını” layihəsinin dəniz hissəsini “Qazprom” tikəcək

“Türkiyə axını” layihəsinin dəniz hissəsini “Qazprom” tikəcək
17:18 28 Yanvar 2015
263 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
“Türkiyə axını” layihəsinin dəniz hissəsini “Qazprom” özü tikəcək. Bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldızın işgüzar görüşünün nəticələrinə dair şirkətin yaydığı məlumatda deyilir.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə tərəfindən səlahiyyətli kompaniya Botas şirkəti təyin olunub. Məlumatda layihənin dəniz hissəsinin “Qazprom” tərəfindən müstəqil şəkildə, Türkiyə ərazisində qaz daşıyıcı güclərin isə birgə tikiləcəyi qeyd edilir. İştirak payları isə davam edəcək danışıqlar zamanı müəyyən olunacaq.
Tərəflərin görüşdə, həmçinin yeni qaz kəmərinin texniki-iqtisadi hesablamalarının ilkin nəticələrini müzakirə etdikləri və kəmərin marşrutu haqda qərar qəbul olunduğu bildirilir.
Rusiya və Türkiyə arasında “Türkiyə axını” qaz kəmərinin tikintisinə dair hökumətlərarası razılaşmanın 2015-ci ilin ikinci rübündə imzalanacağı gözlənilir. Türkiyəyə ilk qaz axınının isə 2016-ci ilin dekabr ayında veriləcəyi planlaşdırılır.
Türkiyə bazarı üçün nəzərdə tutulan ilk kəmərin gücü 15,75 milyard kubmetr olacaq. Ümumilikdə isə qaz kəməri vasitəsi ilə 63 milyard kubmetr mavi yanacaq ötürüləcək ki, bunun da təxminən 60 milyard kubmetri Türkiyə-Yunanıstan sərhədindəki qazpaylayıcı sistemə yönəldiləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_axini_layihesinin_deniz_hissesini_Qazprom_tikecek-828098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR