Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Milli Paralimpiya Komitəsinin (ARMPK) baş ofisində qurumun yüngül atletika idman növü üzrə baş məşqçisi Afiq Süleymanov növbəti iclas keçirib.
AZƏRTAC xəbər verir ki, iclasda yüngül atletika idman növlərinin bütün məşqçiləri 2016-ci ildə Rio-De-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıqları, qarşıda lisenziya xarakterli yarışlarda iştirak edəcək idmançıların fiziki və psixoloji durumları haqqında hesabat veriblər.
Afiq Süleymanov yüngül atletika idman növünün ARMPK-nın əsas idman növlərindən biri olduğunu vurğulayaraq məşqçilərə tapşırıqlar verib və “Rio-2016” Yay Paralimpiya Oyunlarına xüsusi hazırlıq proqramı təqdim edib.