İŞİD terror qruplaşmasının saytı Azərbaycan bankı "Əmrahbank"ın saytını da dağıdıb.
Lent.az-ın xəbərinə görə, hücuma bankın www.amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.
Sayta daxil olarkən yerləşdirilmiş mətndə "İslamic Cyber Army" adlı haker qrupu tərəfindən dağıdıldığı bildirilir.
Saytda yerləşdirilmiş mətndə qeyd olunub ki, "Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır".
"Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz,olduğunuz hər yerdə görəcəksiniz" deyə qeyd olunub. .
Mətndə müharibəni dayandırmaq üçün 7 gün vaxt verildiyi də qeyd olunub.
"Əmrahbank"dan isə bildirilib ki, hücum yalnız web sayta olub.
