ANS PRESS-in məlumatına görə, İngiltərə və İsveçrə matçında Romeo meydana çıxıb.
Romeo meydana İngiltərə yığmasının kapitanı Ueyn Runi ilə əl-ələ daxil olub. Uembli stadionda keçən matçda İngiltərə yığması 2:0 hesabı ilə qalib gəlib.
Həmin stadion əvvəllər ata Bekhemın uğur stadionu hesab edilib.

Romeo Bekhem atası və qardaşları ilə futbol meydanında
Romeo atası Devid Bekhem kimi məşhur futbolçu olmağı arzulayır. Devid Bekhem oğlunun durmadan öz üzərində çalışmasının yaxşı nəticə verməsinə çox sevindiyini bildirib.
Bir neçə gün əvvəl Romeo Bekxem ad gününü qeyd edib. Valideynlər ona iki möhtəşəm hədiyyə edib. 13 yaşına qədəm qoyan yeniyetmə İngiltərə yığmasının talismanına çevrilib və 10 min funt məbləğındə olan Arsenal klubunun köynəyinə sahib olub.
Devid Bekhem keçmiş "Spice girls" solisti Viktoriya Bekhem ilə 1999-ci ildən evlidir. Hazırda cütlüyün 4 uşağı var: 16 yaşlı Bruklin, 13 yaşlı Romeo, 10 yaşlı Kruiz Devid və 4 yaşlı qız Xarper Seven.

Bekhem ailəsi