Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə dünya Kubokunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk oyununda İran təmsilçisi Pouya İdani üzərində qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, təcrübəli şahmatçımız iranlı rəqibi üzərində qələbəni şərh edərək deyib: “İlk oyunlar həmişə çətin keçir. Üstəlik rəqibim də çox güclü idi. O, gənclər arasında dünya çempionudur. Çətin oyun alındı. Amma mübarizə aparıb, qələbə qazandım. Sabah yenidən üz-üzə gələcəyik. Əlimdən gələni edəcəyəm ki, sabahkı görüşdə də qələbə qazanım. Növbəti mərhələyə vəsiqəni artıq ikinci turda rəsmiləşdirmək istəyirəm”.