Tovuz, 12 sentyabr, AZƏRTAC
Tovuz rayonunda 621 hektar üzüm bağı var. Bunun 550 hektarı bar verən bağlardır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, Bağlarda üzüm yığımı davam edir. Sahibkarlar hələlik bağlardan 840 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 125 ton çoxdur.