[ 14 Sentyabr 2015 19:04 ]



Bakı – APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun sədri Necdət Ünüvar Bakının azad olunmasının 97-ci ildönümü ilə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, bəyanatda deyilir:

“Yaxın Şərq coğrafiyası tarix boyunca sürəkli olaraq hərəkətliliyin hakim olduğu bölgə olub. Bu torpaqlara hakim olmaq istəyən millətlər tarfix boyunca ortaya çıxıb. Azərbaycan torpaqları da sahib olduğu zənginliklər üçün tarixin hər dövründə digər millətlərin əldə etmək istədiyi bir yer olub. Bolşüvik qüvvələri və erməni dəstələri tərəfindən işğal edilən Bakının Nuri paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən xilas olunmasıyla Azərbaycan Cümhuriyyətinin yüz il sürən əsarəti sona yetib. Bir çox şəhid verilərək əldə edilən müstəqllik qardaş ölkə Azərbaycan üçün çox qiymətlidir. 15 sentyabrda bakının düşmən işğalından qurtuluşunun 97-ci ildönümünü qeyd edərkən başda Nuri paşa və silahdaşlar olmaqla, bütün şəhid və qazilərimizi hörmətlə anır, uca Allahdan hamısına rəhmət diləyirəm”.