Azərbaycanda turizmin inkişafı sürətlə gedir

11:38 29 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli istirahət zonaları açılır.
AzərTAc xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində söyləyib.
Dövlətimizin başçısı deyib: “Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir. Burada üç gözəl otel fəaliyyət göstərir. Mən üçünün də açılışında olmuşam. Yeni otellər tikilir və gözəl bir turizm mərkəzidir. “Qalaaltı” müalicəvi su kurortunda da artıq böyük işlər görülür. Yəqin ki, bu il açılacaqdır. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortu da indi dünya səviyyəli turizm mərkəzidir. Digər bölgələrdə, cənub və qərb bölgələrində turizm imkanları genişlənir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_turizmin_inkisafi_suretle_gedir-828255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR