[ 15 Sentyabr 2015 11:35 ]
Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları davam etmək barədə qərarı rəsmən qüvvəyə minib.
APA-nın məlumatına görə, “qara siyahı” Aİ-nin rəsmi jurnalının saytında yer alıb.
Məhdudlaşdırıcı tədbirlər 149 fiziki şəxsə və 37 təşkilata şamil olunacaq. Sanksiyalar azı 2016-cı ilin martına kimi uzadılıb.
Qeyd edək ki, 2014-cü ilin martından tətbiq edilən sanksiyalara səbəb Krımın Rusiya tərəfindən ilhaqı və Ukrayna böhranıdır.