Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev sentyabrın 22-də saat 11:00-da Lerik şəhərindəki Mədəniyyət Evində Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Lerik rayon şöbəsində (02527) 4-40-31
Lənkəran rayon şöbəsində (02525) 5-08-59
Astara rayon şöbəsində (02522) 5-13-35
Masallı rayon şöbəsində (02521) 5-46-35
Yardımlı rayon şöbəsində (02520) 6-12-33
Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.