Milli.Az xəbər verir ki, tamaşaçıların Lider TV ekranlarında izlədikləri "Həyat tərzi" verilişinin bu günə təsadüf edən canlı yayımı da çox maraqlı hadisələrlə yadda qalıb.
Lamiyyə Ələkbərqızının aparıcısı olduğu proqramda illərdir Türkiyədə model kimi çalışan həmyerlimiz Könül Əziz keçirdiyi uğursuz plastik əməliyyatından danışıb: "Bəlkə də, mənim yerimə kim olsaydı, uğursuz burun əməliyyatı keçirməyini gizlədərdi. Amma mən bunu dilə gətirməkdən çəkinmirəm. Narkoz almaqdan qorxmasaydım, aylar öncə həkimin etdiyi səhvi düzəldib istədiyim burun formasına qovuşardım. Çəkilişlər zamanı bu burunla kameralar qarşısına keçəndə özümü çox narahat hiss edirəm..."
Studiyada qonaq olan tanınmış nevroloq Vüqar Kərimov Könül başda olmaqda plastik əməliyyat keçirmək arzusunda olanlara öz dəyərli məsləhətlərini verib.
90 dəqiqəlik canlı yayımda, həmçinin virtual dostluqlar da müzakirə mövzusu olub. Müğənni Rüfət Axundov və maqazin jurnalisti Yeganə Rzaxanova məşhurların sosial şəbəkələrə olan maraqlarından söhbət açıblar.
Tanınmış stomatoloq Çeşmə Hüseynova isə diş implantları ilə bağlı ən son məlumatları tamaşaçıların diqqətinə çatdırınb.
"Həyat tərzi" həftə içi 5 gün maraqlı buraxılışı ilə efirdə yayımlanır. Proqramı saat 14.30-dan 16.00-dək Lider TV-nin canlı yayımında izləyə bilərsiniz.
Verilişin informasiya dəstəyi Trend, Day.Az və Milli.Az-a məxsusdur.
Milli.Az







