Bakı, 16 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər idman məktəblərində yeni açılan badminton bölmələrinin məşqçi-müəllimləri üçün Sumqayıt Olimpiya İdman Kompleksində təlim keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Badminton Federasiyasının “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birgə təşkil etdiyi təlimlərdə “Təhsil” RİM-in Gəncə, Sumqayıt, Lənkəran filiallarının və Quba Rayon Uşaq-Gənclər idman məktəblərinin badminton bölmələrinin məşqçi-müəllimləri iştirak ediblər.
Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ətraflı məlumat veriblər.