Topaz Premyer Liqasında 5-ci turun növbəti görüşləri keçirilib.
Metbuat.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Qarabağ"ı qəbul edib. 5 qolun qeydə alındığı görüşdə Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
"Böyük oyun"da isə qalib müəyyənləşməyib. Araz Abdullayevin qoluna Rahid Əmirquliyev cavab verib.
Topaz Premyer Liqası
V tur
20 sentyabr (bazar)
“Neftçi” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Araz Abdullayev, 57 - Rahid Əmirquliyev, 59
Vurulmayan penalti: Araz Abdullayev, 4 (qapıçı)
Qırmızı vərəqə: Skarlatake, 56 (ikinci sarı)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Bakcell Arena”
“Neftçi”: 24. Miçail Peskoviç, 4. Rahil Məmmədov, 5. Melli, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue, 21. Samir Mütəllimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Samir Əliyev
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qadirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 72. Elvin Mirzəyev
Baş məşqçi: Yunis Hüseynov
“Kəpəz” – “Qarabağ” - 2:3
Qol: Bəxtiyar Soltanov, 49, Şəhriyar Rəhimov, 90 - Coşqun Diniyev, 38 (pen.), Armenteros, 50, Elvin Məmmədov, 75 (pen.)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 77. Ziyabil Məmmədov
Baş məşqçi: Şahin Diniyev
“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov, 90. Samuel Armenteros
Baş məşqçi: Qurban Qurbanov