Zülfiyyə Xanbabayeva yeniliklərdən danışdı

Zülfiyyə Xanbabayeva yeniliklərdən danışdı
22:51 27 Dekabr 2014
239 Şou
Ölkə mətbuatı
A- A+

“Albomum üzərində iş gedir. Yeni ildə çıxaracam albomumu. Orada eşitdiyiniz mahnılarla yanaşı, yeni mahnılar da olacaq”.

ANS PRESS-ə açıqlamasında bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Müğənni həmkarı Emin Ağalarovla yeni duet oxuyacağı barədə suala “Mən Eminin özü yazdığı mahnını onunla duet oxumaq istəyirəm. Bu bərədə onunla danışmışıq. Nə vaxt yazsa o zaman oxuyarıq”, - deyə cavab verib.

Z. Xanbabayeva Yeni ili ailəsi ilə Bakıda qeyd edəcək. Bunun əsas səbəbi kimi də Heydər Əliyev Fondunun 3 gün uşaqlar üçün təşkil etdiyi “Yolka” bayramında iştirak edəcəyini göstərib.

Xalq artisti qarşıdan gələn yeni il münasibətilə təbriklərini də çatdırmağı unutmadı:

“Gələn il münasibətilə hər kəsi ürəkdən təbrik edirəm. Düşərli, xeyirli, ruzi-bərəkətli, Həm də sülh və əmin-amanlıq olsun. Gələn ildə insanlar bir-birinin dəyərini bilsinlər. 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günüdür. Həmişə həmrək olaq əziz azərbaycanlılarımız!”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR