Praqa, 22 sentyabr, AZƏRTAC
Çexiyanın Təhsil Nazirliyi ölkənin məktəblərinə qaçqın uşaqlarını qəbul etməyə hazır olmaq üçün konkret tədbirlər görməyə hazırlaşır. Təhsil naziri Katerjina Valaxovanın sözlərinə görə, bu vəziyyət qətiyyən yeni olmayacaq, çünki çex məktəblərində əcnəbi uşaqları təhsil alırlar. Lakin buna baxmayaraq başqa ölkələrdən və başqa mədəniyyətə mənsub uşaqların gəlməsinə hazırlaşmaq vacibdir.
Təhsil naziri məlumat verib ki, bir məktəbdən başqa məktəbə keçirmə zərurəti mümkün problemlərdən biri ola bilər. Bu baxımdan Təhsil Nazirliyi öz köməyini Daxili İşlər Nazirliyinə təklif edən çex ali məktəbləri ilə əlaqə saxlayır. Təhsil Nazirliyi hələ ki qaçqın uşaqlarının çex təhsil sisteminə salınması xərclərini hesablamayıb. Hər il Çexiyada əcnəbilərin təhsilinə 13,2 milyon kron (471 min avro) ayrılır. Hökumət üçün hazırlanan yeni layihədə söhbət 90 milyon krondan (3,2 milyon) gedir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa