Zaqreb, 25 sentyabr, AZƏRTAC
Xorvatiya Serbiyada qeydiyyatdan keçmiş nəqliyyat vasitələrini o cümlədən, avtobuslar və yük maşınlarına qarşı sərhədi bağlayıb.
Xorvatiyanın daxili işlər naziri Ranko Ostoyiç bildirib ki, bu addım Serbiyanın xorvat mallarının ölkəyə daxil olmasına verilən qadağaya cavab idi. Bununla belə, nazir fərdi şəxslərin maneəsiz sərhədi keçə biləcəklərini qeyd edib.
Xorvatiyanın öncə Serbiyanın yalnız yük nəqliyyat vasitələrinə qoyduğu qadağa sonradan Serbiyanın xorvat mallarına ölkəyə daxil olmasına qoyulan qadağa ilə qarşılandı. Bununla Xorvatiya Serbiyadan gələn emiqrantların ölkəyə daxil olmasının qarşısını almaq istəyir. Son həftə Serbiyadan Xorvatiyaya 45 min emiqrant daxil olub.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb