[ 27 Sentyabr 2015 21:02 ]



Bakı-APA. Türkiyənin Diyarbakır vilayətinin Bismil qəsəbəsində fövqəladə vəziyyət elan edilib.

APA-nın İhlas Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, qəsəbənin 4 məhəlləsində “küçəyə çıxmaq qadağası” qoyulub.

Qadağanın səbəbi həmin ərazidə keçirilən əməliyyatlar zamanı mülki əhalinin zərər görməsinin qarşısını almaqdır.