Bakı, 28 sentyabr, AZƏRTAC
Qərbi Avropanın ən qədim iqtisadiyyatyönümlü ali təhsil müəssisəsi sayılan, İtaliyanın Luigi Bokkoni Universitetinin beynəlxalq əlaqələr və marketing departamentinin əməkdaşları Bruno Mariani və Alessia Marçesetti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali təhsil ocağı ilə Luigi Bokkoni Universiteti arasında tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib.
Sonra italiyalı qonaqlar Beynəlxalq İqtisadiyyat Məktəbinin fəaliyyəti ilə tanış oldular.