““Qarabağa”a çox qo vurmalıyıq” - “Anderlext”in futbolçusu

““Qarabağa”a çox qo vurmalıyıq” - “Anderlext”in futbolçusu
11:29 29 Sentyabr 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

 

 

“Biz bütün oyunlarda 1-dən çox qol vurmalıyıq. Çünki ikinci qolu vurmadıqca, vəziyyət qəlizləşir”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext”in yarımmüdafiəçisi Leander Dendonker deyib.

 

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Belçika təmsilçisi bu həftə məhz Ağdam klubu ilə qarşılaşacaq. Gənc futbolçu yerli mətbuata açıqlamasında Bakı səfərinə də bol qollu qələbə qazanmaq üçün yollanacaqlarını söyləyib: “Bu mövsüm bir az problem yaşayırıq. Ən böyük çatışmazlığımız ikinci qolu vura bilməməyimizdi. Ancaq çox qol vurmaq üçün hücumçuları tez-tez zərbə mövqeyinə də çıxarmaq lazımdı. Avropa Liqasında “Monako” ilə görüşdə ikinci topu vura bilmədiyimiz üçün rəqib bizi son dəqiqələrdə cəzalandırdı. Ancaq “Qarabağ”la səfər görüşündə bu səhvi təkrarlamamalıyıq. Bacardıqca çox qol vurmaq lazımdı ki, matçın son dəqiqələrini gərginlikdə keçirməyək. “Monako” ilə qarşılaşmada itirdiyimiz 2 xalı “Qarabağ”la matçda sığortalamalıyıq”.

 

Belçika millisinə də dəvət alan 20 yaşlı oyunçu komandanın əsasən orta sahəsinin güclü olduğunu düşünür: “Bizim yarımmüdafiə xəttimiz çox güclüdü. Stiven Defur, Yuri Tilemans və ya Dennis Praet meydançada olanda bir-birimizi yaxşı başa düşürük. Onlarla çiyin-çiyinə çıxış etmək mənim kimi gənc futbolçu üçün böyük şansdı. Mənə çox kömək edirlər”.

 

Qeyd edək ki, “Qarabağ” – “Anderlext” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR