"Yuventus"un müdafiəçisi Martin Kaseres avtomobil qəzasına düşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı uruqvaylı alkoqol qəbul edərək sükan arxasına əyləşib, amma xəsarət almayıb. Bunun nəticəsində Kaseres sürücülük vəsiqəsindən məhrum olunub. Qeyd edək ki, bir neçə gün öncə İtaliya A Seriyasının digər təmsilçisi D`Ambrozio da eyni aqibətlə üzləşmişdi.
Milli.Az