Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır

Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır
02:58 30 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Paris, 30 sentyabr, AZƏRTAC 
“Top Resa-2015” beynəlxalq turizm sərgisi çərçivəsində sentyabrın 29-da Azərbaycanın “Silk Way Travel” şirkəti ilə Fransanın “Alest Voyages” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi “Silk Way Travel” şirkətinın direktoru Şirzad Əfəndiyev və “Alest Voyages “ şirkətinin prezidenti Rişar Subyel imzalayıblar.
Memorandumun əsas məqsədi fransalı turistlərin Azərbaycana gəlişini təşkil etməkdir. Hər iki tərəfin hazırladığı yeni turizm paketləri 2016-cı ildən “Alest Voyages” şirkətinin internet səhifəsində də yayımlanacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_ve_Fransanin_turizm_sirketleri_emekdasliga_baslayir-888367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR