Bakı, 7 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fransız dili fənni üzrə 2016-cı ildə tam orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə iştirak edən müəllimlər və mütəxəssislər fikirlərini söyləyib və təkliflər veriblər. Fransız dili fənni üzrə buraxılış və qəbul imtahanlarının proqramları təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqramlar 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Növbəti seminarda bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.