"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya İctimai rəyin öyrənilməsi mərkəzi
tərəfindən həyata keçirilən sorğunun nəticələrinə görə yayılan məlumatda bildirilir.
Respondentlərin 38% deyib ki, onlar aviasiyanın istifadə olunması qərarı ilə tam razıdır, sorğuda iştirak edən 28% bu addıma müsbət yanaşdığını deyib. 15% respondent qərarla razı olmadığını, 12% isə qəti şəkildə razı olmadıqlarını qeyd edib. Respondentlərin 7% isə sualı cavablandırmaqda çətinlik çəkdiklərini deyib.
Ümumrusiya İctimai rəyin öyrənilməsi mərkəzi oktyabrın 3-4-də ölkənin 46 regionunda 1600 nəfər arasında sorğu keçirilib. Statistik yalnışlıq burada 3,5%-dən çox olmadığı bildirilir.