Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın Suriya böhranı üzrə düşünülmüş mövqeyi onu bu prosesə cəlb olunmağa imkan verməyəcək. Bu barədə Trend-ə "Baku Network"-un ekspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Suriya münaqişəsinə cəlb edilmiş ölkələrlə - Rusiya, İran və Türkiyəylə həmsərhəddir. "Belə vəziyyətdə Azərbaycanın mövqeyi bu ölkələr üçün böyük əhəmiyyətə malikdir. Azərbaycanın bu məsələdə düşünülmüş mövqeyi onu bu prosesə cəlb olunmağa imkan verməyəcək", - deyə E.Ələsgərov bildirib.

"Biz beynəlxalq terrorizmlə mübarizənin şəxsi acı təcrübəsinə malikik. Azərbaycanın müstəqil formalaşmasının bütün başlanğıc dövrü və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı azərbaycanlılara qarşı terrorizmlə və soyqırımla müşayiət olunurdu. Amma ən maraqlısı odur ki, Azərbaycanın dinc əhalisinə qarşı öz qanlı əməllərini həyata keçirmiş terrorçuların əksəriyyəti Ermənistan erməniləri deyildilər" - E.Ələsgərov deyib.

Onun sözlərinə görə, onların arasında əksəriyyətin ermənilər idi, hansılar ki, hal-hazırda özünü terrorçuluğa qarşı koalisiyanın aktiv iştirakçıları kimi qələmə verirlər, hətta Suriya vətəndaşları da vardı.

"Baxmayaraq ki, terrorçular Azərbaycanı sındırmağı bacarmadı, ancaq biz yaxşı xatırlayırıq ki, beynəlxalq cəmiyyət erməni terrorizminin probleminə nəzər salmadı", deyə E.Ələsgərov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az